AZ

Ağsuda Bağırov məktəblilərə hücum etdi: xəsarət alanlar var

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Ağsu rayonunda bıçaqlanma olub.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, hadisə aprelin 6-da səhər saat 10 radələrində Ağsu rayon 1 saylı tam orta məktəbində baş verib.

Ağsu şəhər sakini 1992-ci il təvəllüdlü Dostəli Bağırov məktəbə gələrək, orta məktəbin 11-ci sinif şagirdi ilə mübahisə edib. Mübahisə nəticəsində D.Bağırov şagirdi ayağından bıçaqlayıb, şagirdin 16 yaşlı qardaşını isə döyüb.

Xəsarət alan qardaşlar Ağsu Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər və onlara tibbi yardım olunub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən D.Bağırov saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
1
globalinfo.az

2Mənbələr