AZ

Məşhur supermodelin Epşteynlə münasibəti olub?

Adı Ceffri Epşteyn sənədlərində hallanan supermodel Cici Hadid ilk dəfə bu məsələ ilə bağlı açıqlama verib.

Publika.az “Daily Mail”ə istinadən xəbər verir ki, o, "iyrənc" adlandırdığı Epşteynlə heç vaxt görüşmədiyini bildirib.

"Valideynlərim bizi həmişə qoruyublar və çalışqanlığın dəyərini bizə öyrədiblər. O, e-poçtu yazdığı vaxt mən 20 yaşında bir model idim. O iyrənc insanla heç vaxt hər hansı bir münasibətim olmayıb. Bu günə qədər susmağımın səbəbi, zərərçəkənlərin önünə keçmək istəməyimdən irəli gəlir”, - deyə 30 yaşlı model qeyd edib.

Qeyd edək ki, sözügedən e-poçtda Ceffri Epşteyn kiməsə Cici və Bella Hadid bacıları haqqında yazıb.

Seçilən
11
publika.az

1Mənbələr