AZ

Futzal millisinin hazırlıq planında dəyişiklik oldu

Gürcüstan və Qazaxıstan yığmaları ilə beynəlxalq yoldaşlıq oynları keçirəcək Azərbaycan millisinin Bakıdakı hazırlıq planında dəyişiklik edilib. 

Fanat.Az xəbər verir ki, aprelin 7-də "Olimpik Star"da keçirilməsi nəzərdə tutulan açıq məşqi ləğv olunub. 

Qurumun mətbuat xidmətindən verilən bilgiyə görə, mövcüd vəziyyətlə əlaqədar məşqlərin qrafikində dəyişiklik edilib. Bu gün axşam məşqi saat 15:30-da, sabah 16:30-da "Olimpik Star"da olacaq. 

Qeyd edək ki, Gürcüstan yığması ilə oyunlar aprelin 9-da və 11-də Tbilisidə, Qazaxıstan millisi ilə qarşılaşmalar isə aprelin 13-də və 15-də Aktau şəhərində keçiriləcək.

Seçilən
0
1
fanat.az

2Mənbələr