AZ

Qatarda DƏHŞƏT: Sərnişin bələdçini vaqondan ATDI – VİDEO

Çelyabinsk-Peterburq qatarında sərnişin bələdçini vaqondan atıb.

İnterpress.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Çelyabinskdən Peterburqa hərəkət edən qatarda ağır cinayət hadisəsi baş verib.

Qatarın dayanacağı zaman sərnişinlərdən biri bələdçini vaqondan kənara itələyib, ardınca qapını bağlayaraq hadisə yerindən uzaqlaşıb.

Mənbənin verdiyi məlumata görə, polis faktla bağlı “öldürmə ilə hədələmə” maddəsi üzrə cinayət işi açıb.

Bildirilir ki, həmin şəxsin bələdçi, qatar rəisi və digər sərnişinlərlə münaqişəsi olub, lakin insidentin dəqiq səbəbi hələlik məlum deyil.

Yerli sosial şəbəkə səhifələrində zərərçəkən qadının onurğa sınığı ilə xəstəxanaya yerləşdirildiyi iddia olunur, lakin bu məlumat hələlik rəsmi təsdiqini tapmayıb.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
15
interpress.az

1Mənbələr