AZ

Gürcüstan Azərbaycan üçün dünyaya çıxış qapısıdır

Newscenter.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri iki yaxın dost ölkənin münasibətlərində yeni mərhələ olacaq. Bunu Newscenter.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, Azərbaycan və Gürcüstan arasında münasibətlər xüsusi əhəmiyyət kəsb edən səviyyədədir:“Gürcüstan Azərbaycan üçün dünyaya çıxış qapısıdır. Azərbaycan bu münasibətlərə strateji səviyyədə yanaşır. Gürcüstan eyni zamanda yarım milyona yaxın azərbaycanlının yaşadığı bir qonşu ölkədir. Azərbaycan dövlətini Gürcüstan azərbaycanlılarının hərtərəfli inkişafı məsələləri həmişə diqqət mərkəzində olub. Regional layihələrin davam etdirilməsi, eləcə də yeni planların həyata keçirilməsi baxımından müzakirələrin aparılması mümkündür”. Azər Qasımov onu da qeyd edib ki, qonşu regionlarda davam edən müharibələrin bizim regiona təsirlərinin azaldılması üçün addımların atılmasının da gündəmdə olacağını hesab etmək olar:“Hesab edirəm ki, iki ölkənin siyasi və iqtisadi maraqlarının ortaq nöqtələrinin vacibliyi baxımından bu səfərdə müəyyən sahələrdə əməkdaşlıq sənədlərinin imzalanması baş tutacaq”.Süleyman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
newscenter.az

2Mənbələr