AZ

“Kəpəz”ə zərbə: Gəncəlilər əsas müdafiəçini itirdi

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Misli Premyer Liqasının 26-cı turunda "Qəbələ"yə məğlub olan "Kəpəz" ciddi itki ilə üzləşib. Sport24.az-ın məlumatına görə, Gəncə təmsilçisinin aparıcı müdafiəçisi Dioqo Verdaska cəzalı duruma düşüb.

Buna səbəb 29 yaşlı futbolçunun həmin qarşılaşmada aldığı sarı vərəqədir.

Verdaska 90+1-ci dəqiqədə hakimin qərarına etiraz etdiyi üçün xəbərdarlıq alıb. Bu, onun cari mövsümdə çempionatda səkkizinci sarı vərəqəsi olub. Nəticədə portuqaliyalı oyunçu növbəti – 27-ci turda keçiriləcək "Karvan-Yevlax"la oyunu buraxmalı olacaq.

Ötən ilin avqustunda yenidən "sarı-göylər"ə qoşulan müdafiəçi bu mövsüm Misli Premyer Liqasında 22 matçda (1 qol) forma geyinib, Bizon Azərbaycan Kubokunda isə 2 oyunda iştirak edib.

27-ci turun "Karvan-Yevlax" – "Kəpəz" qarşılaşması aprelin 10-da baş tutacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
sport24.az

1Mənbələr