AZ

Azərbaycan xalqının düşmənləri bir FOTODA

Erməni terrorunun məşhur ideoloqlarından biri, erməni yazıçı Zori Balayanın vəfatından sonra sosial şəbəkələrdə yayılan bir foto geniş müzakirələrə yol açıb.

Musavat.com-un məlumatına görə, sözügedən fotoda Azərbaycan xalqına qarşı düşmən ideologiyasının təbliğində mühüm rol oynamış bir qrup erməni şəxslər yer alır.
Bildirilir ki, foto Xankəndidə 1990-cı illərdə çəkilib. Həmin görüntüdə aşağıdakı şəxslər əks olunub:

Zori Balayan,
Armen Ovannisyan,
Yuri Apresyan,
Sergey Qarayyan,
Andrey Mosvesyan,
Gurgen Qabrielyan (“Qarabağ Orovell” əsərinin müəllifi),
Hraçya Beqlaryan (erməni dilində “Qarabağlılar” mahnısının müəllifi),
Vardan Akopyan (“Artsax himni”nin müəllifi),

Qeyd edək ki, Zori Balayan uzun illər erməni millətçi ideologiyasının əsas təbliğatçılarından biri kimi çıxış edib. O, xüsusilə azərbaycanlılara qarşı nifrət ritorikası və etnik təmizləmələrə bəraət qazandıran çıxışları ilə yadda qalıb. O, Birinci Qarabağ müharibəsinə səbəb olan separatçı hərəkatın təşəbbüsksarlarından və ermənilərin bədnam “Miatsum” (“birləşmə”) şüarının müəlliflərindən biridir.

O, 80-ci illərin əvvəllərində yazdığı “Ocaq” əsəri ilə ermənilər arasında məşhurlaşmışdı. Bu kitabda Z.Balayan tarixi təhrif edərək, Qarabağın guya erməni torpağı olduğunu iddia edib. O, həmçinin, kitabda türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edib. Z.Balayan həm də Xocalı soyqırımının təşəbbüskarlarındandır.


Şahanə Rəhimli
Musavat.com

Seçilən
12
musavat.com

1Mənbələr