AZ

Gülben Ergen ifadə verəcək - Evinə polis gəldi - FOTO

Müğənni Gülben Ergen ifadə vermək üçün məhkəməyə çağırılıb.

 Ergenin ifadəsinin 6 aprel 2026-cı il veriləcəyi gözlənilir. 

Məşhur müğənni Gülben Ergen İstanbulun Zeytinburnu sahilində ölü tapılan Fatmanur Çelik və qızı ilə bağlı sosial media paylaşımları ilə bağlı açıqlama vermək üçün çağırılıb. Ona qarşı istintaq başlanıb.

Ergen sosial media hesabında polis qruplarının istintaq çərçivəsində evinə gəldiyini açıqlayıb.

Xatırladaq ki, "Başıma bir iş gəlsə, intihar etdi deməyin" sözləri ilə ictimaiyyətə müraciət edən Fatmanur Çelik və qızı Hifa İkra Şengüler İstanbulun Zeytinburnu sahilində ölü tapılıb. İddialara görə, Fatmanur Çelik uşaq yaşlarında A.Ş. tərəfindən istismara məruz qalıb və daha sonra həmin şəxslə məcburi evləndirilib. Bu nikahdan dünyaya gələn qızı Hifa İkranın da eyni şəxs tərəfindən zorakılığa məruz qaldığı iddia edilir. Fatmanur Çelik ölümündən əvvəl Kartaldakı Anadolu Məhkəməsinin qarşısında ədalət üçün mitinq keçirib və ictimaiyyətdən dəstək istəyib. Onun əvvəllər səsləndirdiyi "Mənə bir şey olsa, intihar etdiyimi deməyin" xəbərdarlığı faciədən sonra yenidən gündəmə gəlib.
 

 

Seçilən
16
3
7news.az

5Mənbələr