AZ

“Paytaxtda qanunsuz tikintilər fəsadları ağırlaşdırır”

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Son yagan yağışlar  paytaxtda və ərtaf ərazilərdə ciddi fəsadları ortalığa çıxarıb. Bu yalnız təbiətin şıltaqlığının yaratdığı problemlər deyil, həm də şəhər təsərrüfatında mövcud olan çox  ciddi çatışmazlıqdır.  Hava şəraitinin  kəskinləşməsi, leysan yağışlar mövcud problemləri bir daha qabardıb”.

Gununsesi.info xəbər verir ki, bunu Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli deyib:

“Bu yerdə bir çox suallar ortalığa çıxır. Su kollektorunun, müxtəlif təyinatlı su, qaz xəttlərinin üzərində evlər inşa olunan zaman cavabdeh qurumlar hara baxırdı?  Niyə belə qanunsuzluğa icazə veriblər? Belə acınacaqlı durum yalnız subasmadan sonra yada düşür.

Təbii fəlakətlər, iqlim dəyişikliyi insanlara xəbərdarlıqdır,  çağırışdır.  Biz eyni gəminin sakinləriyik. Buraxılmış səhvlərdən, xoşagəlməyən hallardan hər birimiz əziyyət çəkirik. Heç bir insan övladı təbii fəlakətlərdən sığortalanmayıb. Ona görə, ev inşa edən insan, sıravi vətəndaş və həmçinin cabahdeh qurumlar da yaranmış acınacaqlı durumdan nəticə çıxarmalıdır.

Bu gün çox təəssüflənirik ki,  ictimai nəzarət, medianın belə məsələlərə münasibəti yalnız problemlər ortalığa çıxdıqdan sonra yaranır. Və bir müddət keçən kimi bütün məsələlər unudulur.

Bakı şəhərində həm də urbanizasiya məsələsinə nəzər salmaq lazımdır. Paytaxtda əhali sıxlığı getdikcə daha çox hiss olunur. Urbanizasiya məsələsi və ümumilikdə  şəhərsalma, yaşayış yerlərinin müəyyən edilməsində etinasızlıq faktoru  nəticəsində  Bakı şəhəri və ətraf qəsəbələr tamamilə yüklənib. Belə aktual mövzu ilə bağlı geniş müzakirələrə ehtiyac var.

Qənaətimcə, istər media, istərsə də QHT sektoru geniş miqyasda tədqiqatlar aparmalıdır. Yalnız şəhər təsərrüfatında deyil, bütün sahələrdə mövcud olan problemlərlə bağlı hesabatlar hazırlamalıdır. Qaldırılacaq  məsələlərə, ekspertlərin hazırlayacağı hesabatlara ümumilikdə cəmiyyət, rəsmi qurumlar həssaslıqla yanaşmalıdır. Yəni verilən təklifləri özümüz deyib, özümüz eşitməyək”.

Afət

 Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
icma.az

1Mənbələr