AZ

Tramp kürdlər götürüb dedi, İranda vəziyyət qarışdı Daha iki ölkənin adı çəkilir

ain.az bildirir, GlobalInfo portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp “Foks Nyus”un aparıcısı Trey İnqst ilə müsahibəsində maraqlı detallara toxunub. O, ABŞ-ın İran hökumətinin devrilməsi üçün iğtişaşlarda iştirak edən etirazçılara silah göndərdiyini təsdiqləyib.

“Biz etirazçılara silah göndərdik, onların əksəriyyətinə”, – deyə İnqst Trampdan sitat gətirib və prezidentin İraq kürdlərini nəzərdə tutduğunu vurğulayıb. Tramp əlavə edib ki, artıq kürdlərin silahları götürdüyünü düşünür.

Kürdlər Trampın gözləntilərini doğrultmur. Halbuki İsrail və ABŞ-ın İrana hücumu fonunda kürdlərin Tehrana qarşı silahlı toqquşmalara girəcəyi gözlənilirdi. İstisna deyil ki, Trampın dediyi kimi ABŞ kürdləri silahlandırıb. Lakin kürdlər buna baxmayaraq İranla quru döyüşlərinə girmək niyyətində deyillər. ABŞ və İsrailin İranla döyüşdə son zamanlar üzləşdiyi gözlənilməz vəziyyətlər də göstərir ki, kürdlərin ehtiyatlı davranması boşuna deyilmiş.

Buna baxmayaraq, Tramp kürdləri prosesə cəlb etməkdə qərarlıdır. Xüsusilə onun artıq kürdlərin silahları götürdüyünü açıq şəkildə bəyan etməsi, topu İrana atmaq məqsədi güdür. Yəni Vaşinqton “biz kürdləri silahlandırdıq” deyərək, Tehran hökumətinin onlara qarşı represiv addımlar atmasını təmin edib kürdləri qarşıdurmaya məcbur etmək istəyir.

Əgər İrana beynəlxalq koalisiya müdaxilə etsəydi və ya ABŞ quru əməliyyatlarına başlasaydı, kürdlər prosesə qoşula bilərdi. Lakin vəziyyət nə İŞİD-lə mübarizədə, nə də Suriyada baş verən vətəndaş müharibəsindəki kimi deyil. ABŞ hər iki situasiyada kürdlərdən istifadə edib yarı yolda qoydu. Ona görə də kürdlər Trampın dəstəyini alsalar belə, ondan istifadə etməkdənsə, saxlamağı, təmkinli davranmağı üstün tuturlar.

Lakin bu da həqiqətdir ki, İran zəifləsə, bundan ilk istifadə edəcək etnik azlıq kürdlərdir. Ümumiyyətlə, bu tendensiya Türkiyə, Suriya və İraq üçün də keçərlidir.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
globalinfo.az

1Mənbələr