AZ

DİN: Sumqayıtda bıçaqla uşaqlara hücum etmək istəyən şəxslə bağlı məsələ nəzarətə götürülüb - VİDEO

DİN:
Sumqayıt şəhərinin 41-ci məhəlləsində yaşayan sakinlər ciddi təhlükə ilə üz-üzə qaldıqlarını bildirirlər. Sakinlər iddia edirlər ki, Şahhüseyn Qəmbərov adlı şəxs hər gün əlində kəsici alətlə həyətə çıxaraq uşaqlara hücum etməyə cəhd edir.
Bildirilir ki, o, tək yaşayır, yaşayış yerini isə qeyri-qanuni fəaliyyətlərin baş verdiyi məkana çevirib və evinə mütəmadi olaraq şübhəli şəxslər gəlir. Qeyd olunub ki, həmin şəxsin 2024-cü ildə həyətdə azyaşlıya bıçaqla xəsarət yetirib, lakin buna baxmayaraq sərbəst buraxılıb. Onların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət olunsa da, şəxs qısa müddət sonra sərbəst buraxılır və davranışlarını davam etdirir. Sakinlər artıq uşaqlarını həyətə buraxmaqdan çəkinirlər və vəziyyətin daha ağır nəticələrə səbəb ola biləcəyindən narahatdırlar. Bəs görəsən bu şəxslə bağlı hansısa tədbir görülürmü? Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli 1news.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb və hazırda müvafiq araşdırma tədbirləri davam etdirilir.

Seçilən
18
3
1news.az

4Mənbələr