AZ

ABŞ münaqişənin başlanğıcından bəri azı yeddi təyyarəsini itirib – CNN


ABŞ İrana qarşı əməliyyatların başlanğıcından bəri ən azı yeddi hərbi təyyarəsini itirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadla məlumat yayıb.
Telekanal bildirib ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcı təyyarəsinin və A-10 hücum təyyarəsinin vurulması nəticəsində, İranla müharibədə məhv edilən təsdiqlənmiş pilotlu təyyarələrin sayı yeddiyə çatıb.
Telekanalın məlumatına görə, məhv edimiş Amerika təyyarələri arasında Küveyt hava hücumundan müdafiə sistemlərinin dostcasına atəşi nəticəsində vurulan üç F-15 qırıcı təyyarəsi, İraqda qəzaya uğrayan “KC-135” tanker təyyarəsi və Səudiyyə Ərəbistanındakı bazaya hücum zamanı məhv edilən “E-3 Sentry” hava hücumundan erkən xəbərdarlıq və idarəetmə təyyarəsi var.
Bundan əlavə, ötən ay bir F-35 qırıcı təyyarəsi ciddi şəkildə zədələnib və təcili eniş etməyə məcbur olub.
Seçilən
17
1
yeniavaz.com

2Mənbələr