AZ

PAŞA Bank tarixi IPO-ya start verir!

Bakı. Trend:

PAŞA Bank ilk dəfə olaraq səhmlərini geniş ictimaiyyətlə bölüşürvə bununla ölkənin aparıcı özəl bankdan pay almaq imkanı verir.

İlkin Kütləvi Təklif (IPO) çərçivəsində abunə yazılışı 13 aprel– 12 may 2026-cı il tarixlərində həm fiziki, həm də hüquqi şəxslərüçün açıq olacaq.

Bu çərçivədə bank kapitalının 5%-ni təşkil edən 932,926 ədədadi, adlı səhm investorlara təqdim olunur. Səhmin qiyməti 55 AZNolaraq müəyyən edilib, minimal alış 1 səhmdir və maksimum limittətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərəillik 5% faiz gəliri hesablanacaq. Səhmlərin yerləşdirilməsi BakıFond Birjası vasitəsilə həyata keçiriləcək.

İnvestorlar PAŞA Bank, Birbank Invest, həmçinin əsas anderrayterPAŞA Kapital, ABB Invest və Unicapital platformaları və mobiltətbiqləri vasitəsilə IPO-da iştirak edə bilərlər.

Qeyd edək ki, yerləşdirmə emissiya prospektindəgöstərilən ardıcıllığa uyğun olaraq icra ediləcək.

Ətraflı məlumat əldə etmək üçün ipo.pashabank.az saytına keçidedin.

Bu IPO Azərbaycan tarixində özəl təşkilat tərəfindən həyatakeçirilən ilk bank IPO-sudur və ölkənin kapital bazarlarınıninkişafında mühüm mərhələ hesab olunur.

Beynəlxalq reytinq agentliyi Standard & Poor's 2026-cı ildə PAŞABank-ın kredit reytinqini "BB-/B" səviyyəsində “Pozitiv” proqnozilə təsdiqləyib. Bank eyni zamanda International Investor Magazinetərəfindən 2026-cı il üzrə "Azərbaycanın ən yaxşı bankı" və"Azərbaycanın ən yaxşı KOS bankı" seçilib. 2024–2025-ci illərdəEuromoney, Global Finance və Stevie Awards tərəfindən də bir sırabeynəlxalq mükafatlara layiq görülüb, o cümlədən Stevie Awards-da"İlin şirkəti" nominasiyasında "Gold Stevie" mükafatını qazanan ilkAzərbaycan bankı olub.

PAŞA Bank qeyri-neft sektorunun inkişafını, real sektorunmaliyyələşdirilməsini və iqtisadiyyatın şaxələndirilməsini əsasprioritet kimi müəyyən edib. Bank Azərbaycandan əlavə Gürcüstan vəTürkiyədə də fəaliyyət göstərir.

Məqalədə:
Seçilən
34
11
az.trend.az

10Mənbələr