AZ

Sumqayıtda ticarət mərkəzini SU BASDI – ŞOK GÖRÜNTÜLƏR

Ötən gündən etibarən ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti və yağan şiddətli yağışlar Bakı, Abşeron yarımadası və Sumqayıt şəhərində ciddi fəsadlara yol açıb.

NOCOMMENT.az xəbər verir ki, güclü yağıntılar nəticəsində infrastrukturun hazırlıqsızlığı bir daha özünü büruzə verib, paytaxtın və ətraf ərazilərin bir çox küçələri keçilməz hala düşüb. Sumqayıt şəhərində də vəziyyət analoji olaraq qalmaqdadır.

Sosial media platformalarında paylaşılan görüntülərdə xüsusilə “Sumqayıt yarmarkası” kimi tanınan ticarət mərkəzinin və ətraf ərazilərin tamamilə yağış suları ilə dolduğu aydın görünür.

Sakinlər və sahibkarlar kanalizasiya sistemlərinin işləməməsindən, suyun axıdılmasında yaranan çətinliklərdən şikayət edirlər. Bir çox obyektlərə ziyan dəyib, nəqliyyatın hərəkətində iflic vəziyyəti yaranıb.

Qeyd edilib ki, yağıntının intensivliyi drenaj sistemlərinin yükü qaldıra bilməməsinə səbəb olub. Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlərin davam etdiyi bildirilir.

Sara,
NOCOMMENT.az

Seçilən
28
nocomment.az

1Mənbələr