AZ

Ağsuda məktəbli qardaşlara xəsarət yetirilib, saxlanılan var

Ağsuda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhər ərazisində yerləşən orta məktəblərin birində qeydə alınıb. Rayon sakini 34 yaşlı Dostəli Bağırovla 11-ci sinif şagirdi R.S arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı D.Bağırov şagirdə kəsici alətlə, həmin vaxt köməyə gələn onun qardaşı, 16 yaşlı A.S-ya isə əli ilə vuraraq xəsarət yetirib. Xəsarət alan qardaşlara tibbi yardım göstərilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törədən şəxs saxlanılıb.

D.Bağırovun Vətən müharibəsi qazisi olduğu bildirilir.

Seçilən
35
11
apa.az

10Mənbələr