AZ

İranda tibbi avtomobilə hava zərbəsi endirilib

Qızıl Aypara təşkilatı hücumun humanitar fəaliyyətə zərbə olduğunu açıqlayıb...

İranın cənubundakı Fars əyalətində tibbi yardım avtomobili hava zərbəsi nəticəsində tamamilə məhv edilib.

Poliqon xəbər verir ki, bu barədə İran Qızıl Aypara təşkilatı X sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, insident Sepidan rayonunda baş verib. Zərbə nəticəsində avtomobil tam yararsız hala düşsə də, təşkilatın əməkdaşları hücumdan əvvəl nəqliyyat vasitəsini tərk etdikləri üçün xəsarət almayıblar.

Qızıl Aypara nümayəndələri bildiriblər ki, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatların başlanmasından bu yana təşkilatın dörd əməkdaşı həyatını itirib. Bu fakt humanitar missiyaların təhlükə altında olduğunu göstərir.

Təşkilat vurğulayıb ki, tibbi və humanitar xidmətlər göstərən qurumların hədəfə alınması beynəlxalq humanitar hüququn prinsiplərinə ziddir və münaqişə zonalarında vəziyyəti daha da ağırlaşdırır.

Qeyd edək ki, Qızıl Aypara təşkilatı müsəlman ölkələrində Qırmızı Xaçın analoqu kimi fəaliyyət göstərir və müharibə, fövqəladə hallar zamanı tibbi və humanitar yardım göstərilməsi ilə məşğuldur.

Poliqon.info

Seçilən
34
poliqon.info

1Mənbələr