Avropa ölkələri Ukrayna münaqişəsindən yeni texnologiyaları üçün sınaq meydançası kimi istifadə edirlər.
Herbiand.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini və “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandanı Apti Alaudinov RİA Novosti-yə bildirib.
O, qeyd edib ki, düşmənə dəstək verilir və biz kifayət qədər kömək görürük: “Elə görünür ki, guya onların təchizatı azdır, amma eyni zamanda görürük ki, bütün Avropa ölkələri hazırkı müharibəmizdə bütün yeni texnologiyalarını Ukrayna qüvvələri vasitəsilə sınaqdan keçirir”.
Alaudinov həmçinin, Sumı bölgəsində Ukrayna Silahlı Qüvvələrində yeni tipli dronların meydana çıxmasından danışıb. Onun sözlərinə görə, “Şimal” qüvvələr qrupunun tərkibində fəaliyyət göstərən “Axmat” xüsusi təyinatlı qüvvələrinin əsgərləri artıq bir neçə belə cihazı vurub və onları təhlil ediblər. Təhlil göstərir ki, bunlar Ukrayna və Aİ ölkələrinin, xüsusən də Almaniya və Fransanın iştirakı ilə hazırlanmış modernləşdirilmiş modellərdir. Alaudinov yeni dronların əvvəlki versiyalarla müqayisədə daha geniş mənzilə malik olduğunu aydınlaşdırıb və əlavə edib ki, Rusiya bölmələri əməliyyatlarını yeni inkişaflara uyğunlaşdırır.
Bəxtiyar CƏFƏRLİ