“Bu gün səhər saatlarında yağan aramsız yağışlar nəticəsində Siyəzən-Məşrif avtomobil yolunun 11-ci kilometrliyindəki Gilgilçay üzərində yerləşən körpünün bir hissəsinin uçması ilə əlaqədar təhlükəsizlik tədbirləri görülür”.
NOCOMMENT.az xəbər verir ki, bunu açıqlamasında Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
“Dərhal əraziyə AAYDA əməkdaşları cəlb olunublar və müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Sürücülərdən alternativ olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 115-ci km-dən ayrılan Alxanlı yolundan istifadə etmələri xahiş olunur”, – deyə A.Nəcəfli bildirib.