Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən hər il təşkil olunan “Bankçılıq Mükafatları” çərçivəsində qaliblər müəyyən edilib.
"Unikal" xəbər verir ki, "Xalq Bank"ın 2025-ci il ərzində müxtəlif istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyəti ABA tərəfindən 5 nominasiyada mükafatla qiymətləndirilib:
“Maliyyə savadlılığı dəstəkçisi”;
“Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi”;
“Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)”;
“Təhsil dəstəkçisi”;
“Korporativ Sosial Məsuliyyət”.
Ötən il "Xalq Bank" 2024-2026-cı illər üzrə Strategiyasının icrasını davam etdirərək qeyd edilmiş istiqamətlərdə təqdim etdiyi layihələr və təşəbbüslərlə yadda qalıb.