Güclü yağışlar Siyəzən rayonunda fəsadlara səbəb olub.
APA-nın xəbərinə görə, sel suları Siyəzən-Məşrif yolunun üzərində yerləşən körpünü uçurub.
Gilgilçay üzərində 2015-cı ildə tikilən 3 aşırımlı körpü yararsız hala düşüb.
Ətrafda olan kommunikasiya xətləri də zədələnib.
Hazırda ərazidə vəziyyətin qiymətləndirilməsi və fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Xanım Məmmədova