AZ

Getdiyi yerdə geriyə hərəkət edən sürücü gözlənilməz təhlükə yaratdı VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xırdalan şəhərində yol hərəkəti qaydalarını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində (bazarın girişində) qeydə alınıb.

Belə ki, 99-DJ-968 dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü irəli hərəkət olarkən qəfil dayanaraq geriyə hərəkət etməyə başlayıb. Onun bu gözlənilməz manevri digər sürücü üçün qəza şəraiti yaradıb.

Görüntünü qeydə alan avtomobilin sürücüsü toqquşmanın qarşısını almaq üçün həm geriyə hərəkət edib, həm də səs siqnalından istifadə edib. Məlumata görə, qaydaları pozan sürücü yüksək səslə musiqi dinlədiyi üçün ətrafda baş verənlərdən xəbərsiz olub.

Digər sürücü ona irad bildirsə də, qayda pozan şəxs bunu qəbul etməyərək müxtəlif bəhanələrlə günahı qarşı tərəfin üzərinə atmağa çalışıb.

Sözügedən videonu təqdim edirik.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
avtosfer.az

1Mənbələr