AZ

3500 dollar əməkhaqqı üçün Azərbaycandan ora getdi - FOT OLAR

Azərbaycandan ayrılandan sonra klubsuz qalan Vitor Rosanın işsiz günləri başa çatıb.

“Karvan-Yevlax”ın ötən ilin yayında heyətinə qatdığı (“Pisko“) uzaq İslandiyaya yola düşüb.

Yarımmüdafiəçi dekabrda “Karvan-Yevlax”dan ayrılandan sonra ada dövlətinin yüksək liqasında mübarizə aparan “Vestmannayyar” ilə 2026-cı ilin noyabrına qədər anlaşıb.

Portuqaliyalı yeni klubunda böyük pul qazanmayacaq. Aylıq gəliri 3500 dollar təşkil edəcək.

O, ölkəmizdə forma geyindiyi 5 ay ərzində Premyer Liqada 8, Azərbaycan kubokunda 2 oyunun iştirakçısı olmaqla heç nə ilə yadda qalmayıb.

Roşa karyerası ərzində “Trofense”, “Sertanense”, “Sousense”, “Olimpiakos”(Nikosiya), “Uniao Madeyra”, “Oliveyrense”, “Anadiya”, “Sanxoanense” komandalarında çıxış edib.

SPORTİNFO.AZ

Seçilən
9
1
sportinfo.az

2Mənbələr