Fiziki aktivlik yalnız bədəni formada saxlamaq deyil, eyni zamanda ürəyinizi gücləndirir, tənəffüs sistemini yaxşılaşdırır, sümükləri möhkəmləndirir və gündəlik enerjinizi artırır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirib ki, aktiv həyat tərzi stressi azaldır, əhval-ruhiyyəni yüksəldir və depressiya riskini minimuma endirir.
Sağlam qalmaq üçün böyük addımlar atmağa ehtiyac yoxdur. Həftədə ən azı 3 dəfə, gündə minimum 60 dəqiqə orta intensivlikdə hərəkət – yürüş, velosiped sürmək və ya idmanla məşğul olmaq artıq sağlam gələcəyə atılan böyük addımdır.Hərəkət – sağlam və enerjili həyatın ən güclü təməlidir.