AZ

Aİ lə yaxınlaşmaq Ermənistana baha başa gəldi: ilk itkilər açıqlandı

AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk məlumat verib.

Overçuk bildirib ki, ilkin hesablamalara əsasən, iki ölkə arasında ticarət dövriyyəsi təxminən 5,1 milyard dollar azalıb. Onun sözlərinə görə, Ermənistanın Aİ-yə mümkün üzvlüyü ilə bağlı müzakirələr fonunda rusiyalı iş adamları erməni tərəfdaşlarla əməkdaşlıqda daha ehtiyatlı davranmağa başlayıblar.

Rusiya rəsmisi qeyd edib ki, Moskva hələ 2024-cü ilin sentyabrında İrəvanı bu istiqamətdə mümkün risklər barədə xəbərdar edib. Nəticədə, 2024-cü ildə 11,5 milyard dollar təşkil edən qarşılıqlı ticarət dövriyyəsi 2025-ci ilin ilk aylarının yekunlarına görə təxminən 6,4 milyard dollara düşüb.

Ekspertlər hesab edirlər ki, Ermənistanın Aİ ilə yaxınlaşma siyasəti artıq iqtisadi göstəricilərdə mənfi dinamika yaradıb. Bununla belə, rəsmi İrəvanın bu kursu dəyişib-dəyişməyəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması prosesi 2018-ci il “məxməri inqilab”dan sonra sürətlənib. Ölkə Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olsa da, Aİ ilə münasibətlər 2017-ci ildə imzalanmış Genişləndirilmiş və Hərtərəfli Tərəfdaşlıq Sazişi (CEPA) ilə tənzimlənir.

2024-cü ilin martında Ermənistan parlamenti Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsini müzakirəyə çıxarıb. Bununla yanaşı, ölkənin həm Aİİ üzvü olması, həm də Avropa İttifaqı ilə birbaşa sərhədinin olmaması tamhüquqlu üzvlüyü çətinləşdirən əsas amillər kimi göstərilir.

Qeyd edək ki, 4–5 may tarixlərində İrəvanda ilk “Ermənistan–Avropa İttifaqı” sammiti keçiriləcək.

Məhəmmədəli Həsənli
AzVision.az


Seçilən
14
1
azvision.az

2Mənbələr