AZ

İran Trampı belə ələ saldı: Açarları itirmişik

İranın Zimbabve və Cənubi Afrikadakı səfirlikləri sosial mediada ABŞ prezidenti Donald Trampın Hörmüz boğazının açılması tələbini lağa qoyublar.

Publika.az xəbər verir ki, Zimbabvedəki İran səfirliyinin hesabında "Açarları itirdik" mesajı yerləşdirilib.

İslam Respublikasının Cənubi Afrikadakı diplomatik nümayəndəliyi zarafatı davam etdirərək, "açarların gül qabının altında olduğunu" bildirib.

Aprelin 5-də ABŞ prezidenti Donald Tramp xəbərdarlıq edib ki, Tehrandakı "dəlilər" Hörmüz boğazını açmasa, Amerika qoşunları İrandakı bütün körpüləri və elektrik stansiyalarını dağıdacaq.

Seçilən
1
2
publika.az

3Mənbələr