Bakı. Trend:
Paytaxtın Xətai rayonu Neapol küçəsində ağacın aşmasınəticəsində nəqliyyatın hərəkəti dayanıb.
Trend-inməlumatına görə, ağacın uzunluğu 18-20 metr, diametri 45-50santimetr olub.
Köməkçi yolda ağacın aşması nəticəsində yol müvəqqəti olaraqbağlanıb.
Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşlarıoperativ şəkildə hadisə yerinə yollanıblar.
Görülən təxirəsalınmaz işlər nəticəsində qırılmış ağac yoldangötürülüb, nəqliyyatın hərəkəti bərpa olunub.