Ukraynanın Odessa şəhərində bir universitet tələbəsi dünyanın diqqətini çəkib.
"Unikal" xəbər verir ki, müharibənin ortasında rəqs etdiyi videolarını paylaşan qız qısa zamanda gündəm olub.
Diqqət çəkən xanım çoxsaylı reklam təklifləri alıb və bir neçə mediaya açıqlama verib. Gənc qadın müsahibələrində müharibənin tezliklə bitməsini və sülh şəraitində yaşamaq istədiyini bildirib.
Qeyd edək ki, Rusiyaya məxsus dron Ukraynanın Odessa vilayətində çoxmərtəbəli binaya çırpılıb. Hadisə nəticəsində 3 nəfər həlak olub, 10 nəfər yaralanıb.