Bu gün Misli Premyer Liqasında XXVI turun iki oyunu keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Quba Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 15:00-da başlayacaq.
"Qarabağ" isə "Karvan-Yevlax"la üz-üzə gələcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:00-da başlayacaq.
Tura aprelin 7-də yekun vurulacaq. Xatırladaq ki, ötən gün "Qəbələ" səfərdə "Kəpəz"i (2:0), "Neftçi" "Sumqayıt"ı (3:1) məğlub edib.