AZ

BMT-də İrana güc tətbiqi ilə bağlı səsvermə: Görün hansı ölkələr qarşı çıxdı

Hörmüz boğazının açılması üçün güc tətbiqi ilə bağlı qətnamə layihəsi BMT Təhlükəsizlik Şurasının iclasında rədd edilib.

Publika.az xəbər verir ki, Bəhreyn tərəfindən təklif edilən sənəddə beynəlxalq qüvvələrin boğazda naviqasiyanı təmin etmək üçün bütün zəruri tədbirlərdən istifadə etməsi ehtimalı nəzərdə tutulurdu. Bu qətnamənin qəbulu faktiki olaraq İrana qarşı hərbi variantı təsdiqləməli idi.

Amma səsvermənin nəticəsi gözlənilməz olub. Rusiyanın bitərəf qalması gözlənilirdi, lakin bunun əvəzinə əleyhinə səs verib.

Fransa və Çin də qətnaməyə qarşı çıxıblar, bu da layihənin lazımi dəstəyi ala bilməməsi deməkdir.

Seçilən
25
publika.az

1Mənbələr