AZ

Dişləri məhv edən içkilər -Stomatoloqdan XƏBƏRDARLIQ

Stomatoloq-terapevt Valentina Qaydukova dişlərə ən çox zərər verən içkilər barədə danışıb.

Redaktor.az xəbər verir ki, mütəxəssis bu haqda aif.ru-ya məlumat verib.

Həkimin sözlərinə görə, dişlər üçün ən təhlükəli içkilərdən biri turş tərkibli qazlı içkilərdir. Hətta şəkərsiz (dietik) qazlı içkilər belə təhlükəsiz sayılmır. Bu içkilərin tərkibində olan fosfor və limon turşuları ağız boşluğunda pH səviyyəsini aşağı salaraq diş minasını yumşaldır və onu daha həssas hala gətirir.

Qaydukova qeyd edib ki, meyvə şirələri  də az təhlükəli deyil. Bir çox insan bu içkiləri sağlam seçim hesab etsə də, onların tərkibindəki təbii meyvə turşuları və şəkər birlikdə diş minasına ciddi zərbə vurur. Xüsusilə portağal, qreypfrut və limon kimi sitrus meyvələrindən hazırlanan şirələr daha aqressiv təsir göstərir.

Bundan əlavə, enerji və idman içkiləri də dişlər üçün zərərlidir. Bu içkilər həm turşular, həm də şəkər ehtiva edir, eyni zamanda ağızda quruluğu artıraraq tüpürcəyin qoruyucu təsirini azaldır. Nəticədə diş minasının demineralizasiyası prosesi daha sürətlə gedir.

Mütəxəssis diş sağlamlığını qorumaq üçün bu tip içkilərin qəbulunu məhdudlaşdırmağı tövsiyə edir. 

Aytəkin TOFİQQIZI

Seçilən
15
1
redaktor.az

2Mənbələr