AZ

Takaiçi Tramp və Pezeşkianla danışmaq istəyir

Yaponiyanın Baş naziri Sanae Takaiçi Yaxın Şərqdəki vəziyyətin həlli üçün diplomatik səylərin bir hissəsi olaraq yaxın günlərdə ABŞ və İran liderləri ilə ayrıca telefon danışıqları aparmaq istəyir.

Musavat.com xəbər verir ki, o, bunu parlamentdəki müzakirələr zamanı açıqlayıb. Onun sözlərinə görə, ABŞ və İran liderləri ilə uyğun bir vaxtda dialoq aparmaq üçün hazırlıqlar görülür. O, Yaponiya hökumətinin Yaxın Şərqdəki vəziyyəti həll etmək səyləri ilə bağlı qanunvericilərin sualını cavablandırarkən qeyd edib ki, müxtəlif diplomatik addımlar atır.

Takaiçi ABŞ Prezidenti Donald Trampın İranla bağlı sazişin bağlanması üçün müəyyən etdiyi son tarixdən əvvəl iki ölkənin liderləri ilə danışmaq istədiyini vurğulayıb.

Musavat.com

 

Seçilən
14
musavat.com

1Mənbələr