AZ

Tehran ABŞ infrastrukturuna zərbə endirməklə hədələdi

Tehran ABŞ-ın Fars körfəzi bölgəsində yerləşən infrastruktur obyektlərinə zərbə endirə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai açıqlama verib.

Onun sözlərinə görə, söhbət İran ərazisində bombalanan obyektlərə uyğun ABŞ infrastrukturundan gedir.

"İnfrastrukturumuza edilən hücumlara cavab olaraq, regionda ABŞ-a məxsus və ya onunla əlaqəli analoji obyektlərə zərbələr endirəcəyik", - deyə Bəqai bildirib.

Məlumatda qeyd olunur ki, bu obyektlər əsasən Fars körfəzi bölgəsində yerləşir.

Bizim.Media

Seçilən
1
2
bizim.media

3Mənbələr