AZ

Zori Balayan Bakıda həbs yata bilərdi 21 il öncə tarixi şans necə qaçdı?

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, aprelin 5-də erməni terrorunun məşhur ideoloqlarından Zori Balayan vəfat edib. Z.Balayanın ölümü Azərbaycan ictimaiyyətində geniş müzakirə edilir.

Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, Zori Balayan Azərbaycana, eləcə də bütövlükdə türk dünyasına qarşı düşmən mövqe sərgiləyən ideoloqlardan idi:

“O, 80-ci illərin əvvəllərində xüsusilə diqqət mərkəzinə gəldi. Özünün yazdığı, faşist ideologiyasını təbliğ edən “Ocaq” kitabı ilə və həmin kitabda Azərbaycanın böyük bir bölgəsinin — Qarabağın, Şərqi Zəngəzurun, eləcə də Naxçıvanın Ermənistan torpaqları olduğunu, ermənilərin qədim torpaqları olduğunu iddia edirdi. Həmçinin Azərbaycana qarşı düşmən mövqeyinin formalaşmasında xüsusi rol oynayanlardan biri idi. Sonrakı dövrlərdə də Balayan bir sıra açıqlamaları ilə gündəmə gəldi. Onun Azərbaycana qarşı yazdığı əsərlər arasında xüsusilə qəddarlığı ilə seçilən və erməni faşizmini təbliğ edən çoxsaylı nümunələr var idi”.

Deputat bildirib ki, Zori Balayan 1992-ci ildə Xocalı faciəsinin sifarişçilərindən və bilavasitə iştirakçılarından biri kimi cinayət məsuliyyəti daşıyırdı:

“90-cı illərin əvvəllərində Bakıda və bir sıra regionlarda həyata keçirilən erməni terror aktlarının sifarişçilərindən biri kimi yadda qalıb. Həmin dövrdə Balayan Silva Kaputikyanla birlikdə o vaxtkı SSRİ prezidenti Qorbaçovla görüşərək Qarabağın Ermənistana verilməsi məsələsində dəstək istəyiblər. Zori Balayan sonrakı dövrlərdə, Qarabağın işğalı zamanı da mütəmadi olaraq diqqət mərkəzində qalırdı. Beynəlxalq ictimaiyyəti çaşdıran yazıları, məqalələri və çıxışları ilə gündəmdə olurdu. Bu cinayətkar barəsində Azərbaycanda cinayət təqibi başlanıb, cinayət işi açılıb, İnterpola müraciət edilib və 2005-ci ildə o, Avropa ölkələrinin birində saxlanılaraq bir neçə saat dindirildikdən sonra buraxılıb.

Ömrünün son dövrlərini sarsıntılar içində keçirdi. İkinci Qarabağ müharibəsi ərəfəsində iflic oldu. İstənilən halda Qarabağın və Şərqi Zəngəzurun Azərbaycanın ayrılmaz ərazisi kimi tanınmasına, ərazi bütövlüyünün və suverenliyinin bərpasına şahidlik edərək ömrünü başa vurdu. Nəhayət, təəssüf ki, təbii ölümlə dünyasını dəyişdi. Bu cür cinayətkarlar cinayət məsuliyyətinə cəlb olunmalı idilər. Bu dövr ərzində isə o, sanki ilahi ədalətin bərpasını yaşayaraq, ömrünün son günlərində təbliğ etdiyi ideologiyanın tamamilə puça çıxdığına şahidlik etdi. Qarabağın, onun ideoloqlarından biri olduğu “miatsum” hərəkatının və qondarma “artsax” qurumunun tamamilə süqut etdiyini gördü və bu hisslərlə dünyadan köçdü. Onun ömrü boyu təbliğ etdiyi ideologiyanın puç olduğu, Azərbaycanın öz gücü və oğullarının igidliyi sayəsində həmin ideologiyanı darmadağın etdiyi reallığı ilə bu dünyanı tərk etdi. O dünyada cəzası ağır olsun və elə də olacaq”.

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
1
globalinfo.az

2Mənbələr