İranda vurulan ABŞ-yə məxsus təyyarənin qalıqları arasında Amerika əsgərinin yanmış cəsədi tapılıb.
Musavat.com xəbər verir ki, görüntüləri SEPAH-ın telegram kanalı yayıb.
Qeyd edək ki, İran Silahlı Qüvvələri (SQ) tərəfindən aprelin 5-də ABŞ-nin iki "C-130" hərbi nəqliyyat təyyarəsi və iki "Black Hawk" helikopteri daxil olmaqla, bir neçə hava vasitəsi vurulub.
İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının açıqlamasına görə, zədələnmiş hərbi hava vasitələri İsfahan vilayətinin cənub istiqamətində yerləşən ərazilərin birinə təcili eniş etmək məcburiyyətində qalıb.
Qərargahın iddiasına əsasən, təcili enişdən sonra İran hərbçiləri tərəfindən mühasirəyə alınmış hava vasitələrinə və onların heyətinə elə ABŞ-nin özü tərəfindən havadan zərbə endirilib.
Musavat.com