AZ

SEPAH-dan açıq mesaj: ABŞ və İsrail üçün dəniz yolu bağlanır

Fars körfəzi regionunda gərginlik daha da artır, İran tərəfi isə mövqeyini sərtləşdirir.

Musavat.com xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanlığı Hörmüz boğazı ilə bağlı diqqətçəkən bəyanatla çıxış edib.

Bildirilib ki, Hörmüz boğazı artıq əvvəlki “normal” vəziyyətinə qayıtmayacaq, xüsusilə də ABŞ və İsrail üçün. Bu açıqlama bölgədə yeni təhlükəsizlik rejiminin tətbiq olunacağına işarə kimi qiymətləndirilir.

SEPAH rəsmiləri vurğulayıb ki, Fars körfəzində “yeni nizamın” qurulması üçün əməliyyatlara hazırlıq gedir. Bu isə gəmilərin hərəkəti və enerji daşımalarına nəzarətin daha da sərtləşdirilə biləcəyini göstərir.

Musavat.com

Seçilən
11
6
musavat.com

10Mənbələr