Albaniya çempionatında 30-cu turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” öz meydanında “Bylis”lə qarşılaşıb.
Matç həmyerlimizin komandasının qələbəsi ilə başa çatıb - 3:0. Hər üç qolu Daniel Adjessa vurub.
Zamiq Əliyev də bu matçın iştirakçısı olub. Meydana start heyətində çıxan həmyerlimiz 79-cu dəqiqədə Anio Poci ilə əvəzlənib.
“Eqnatiya” hazırda 54 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Komanda lider “Vilaznia”dan 2 xal geri qalır.