AZ

İran "Komala"nın düşərgəsini BELƏ VURDU - VİDEO

İran Silahlı Qüvvələri İraqın Süleymaniyyə şəhərində yerləşən "Komala" kürd qruplaşmasının düşərgəsinə zərbə endirib.

Musavat.com xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Hücum nəticəsində düşərgəyə ciddi ziyan dəydiyi bildirilir.

Məlumata görə, əməliyyat pilotsuz uçuş aparatları və ya raket zərbələri vasitəsilə həyata keçirilib.

Tehran rəsmi şəkildə bu qruplaşmanı öz milli təhlükəsizliyinə təhdid hesab etdiyini və sərhədyanı bölgələrdəki terror fəaliyyətlərinə cavab verdiyini bəyan edib.

Musavat.com

Seçilən
40
musavat.com

1Mənbələr