Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
İtaliya A Seriyasının 31-ci turunda "İnter" "Roma"nı qəbul edib
Oxu.Az xəbər verir ki, qapılara yeddi qolun vurulduğu görüşdə ev sahibləri qalib gəliblər - 5:2.
"İnter"in hücumçusu Lautaro Martines ikinci dəqiqədə hesabı açıb. Canluka Mançini 40-cı dəqiqədə bərabərlik qolunu vurub. Lakin 45+2-ci dəqiqədə Hakan Çalhanoğlu milanlıları hesabda irəli çıxarıb.
52-ci dəqiqədə Lautaro Martines dubl edib, 55-ci dəqiqədə Markus Türam "İnter"in dördüncü, Nikolo Barella 63-cü dəqiqədə beşinci qolunu vurub. "Roma"nın yarımmüdafiəçisi Lorentso Pelleqrini 70-ci dəqiqədə yekun hesabı müəyyənləşdirib.
"İnter" 31 matçda 72 xal toplayaraq liderliyini davam etdirir, "Roma" 54 xalla altıncı sıradadır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.