AZ

Rusiyaya AĞIR ZƏRBƏ: Benzin istehsalının 30%-i risk altında - VİDEO

Ukrayna Silahlı Qüvvələri Rusiyanın enerji infrastrukturuna növbəti zərbə endirib.

Musavat.com xəbər verir ki, Ukrayna Baş Qərargahının məlumatına görə, eyni vaxtda bir neçə strateji obyekt hədəfə alınıb.

Məlumata əsasən, hücumlar nəticəsində “Lukoyl” neft emalı zavodu ilə yanaşı, Baltik dənizi sahilində yerləşən Primorsk limanı və Krımın Saki bölgəsində aviasiya texnikası anbarı vurulub.

Bildirilir ki, Leninqrad vilayətində dronlar neft limanı ətrafındakı infrastruktura zərər yetirib. Peyk müşahidələri də neft bazasında yanğın baş verdiyini təsdiqləyir. Qeyd olunur ki, Primorsk limanı Rusiyanın neft ixracında əsas mərkəzlərdən biridir və buradan gündəlik təxminən 1 milyon barel neft ötürülür.

Hərbi mənbələr vurğulayır ki, hücuma məruz qalan neft emalı zavodu ölkənin benzin tələbatının təxminən 30 faizini təmin edən obyektlərdən biridir.

Eyni zamanda, Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov bildirib ki, bəzi xarici tərəfdaşlar Ukraynadan Rusiya neft infrastrukturuna zərbələri azaltmağı xahiş edir. Onun sözlərinə görə, bu çağırışlar əsasən Fars körfəzi regionunda yaranmış enerji böhranı ilə əlaqələndirilir.

Musavat.com

Seçilən
5
10
musavat.com

10Mənbələr