Çin alimləri şəhər işıqlandırmasına qənaət etmək üçün bitkiləri “işıqlandırmağa” başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Çinin elmi araşdırmalar mərkəzi məlumat yayıb.
Çinli tədqiqatçılar şəhər işıqlandırma xərclərini azaltmaq üçün yeni və qeyri-adi bir üsula əl atıblar. Mütəxəssislər bitkilərə odaqlanan genləri və işıq saçan göbələklərin DNT-sini yerləşdirməklə onların qaranlıqda parlamasını təmin ediblər.
Bu layihənin məqsədi gələcəkdə küçə və parkların işıqlandırılması üçün elektrik enerjisinə olan tələbatı minimuma endirmək və ekoloji cəhətdən dayanıqlı “yaşıl” işıqlandırma sistemləri yaratmaqdır.
Xuraman Etibarlı
İnterpress.az