AZ

İran XİN-dən Vaşinqtonun bəyanatlarına KƏSKİN REAKSİYA: "Bu, yalandır"

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai ABŞ-ın İran xalqına kömək etməyə hazır olduqları barədə bəyanatlarını "yalan" adlandırıb.

Musavat.com xəbər verir ki, Bəqai bu barədə yerli mətbuata açıqlamasında bildirib.

SNN telekanalına müsahibə verən nazirlik rəsmisi vurğulayıb ki, Vaşinqtonun regiona göstərdiyi yeganə "yardım" yalnız ölüm və dağıntılardır.

O, ABŞ-ın siyasətini tənqid edərək bildirib ki, bu cür bəyanatlar reallığı əks etdirmir.

Bundan əlavə, İsmayıl Bəqai Vaşinqtonun İranın enerji infrastrukturuna zərbələr endirməklə bağlı təhdidlərini "cinayətkar addım" kimi qiymətləndirib. Onun sözlərinə görə, bu cür hədələr beynəlxalq hüquq normalarına ziddir.

Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr