AZ

İrandan raket ehtiyatı ilə bağlı ŞOK AÇIQLAMA

İran ordusu regionda müharibənin daha bir neçə il davam edəcəyi təqdirdə belə, raket və ya digər strateji materialların çatışmazlığı ilə üzləşməyəcək.

Musavat.com xəbər verir ki, bu iddia ilə İslam Respublikası Məclisinin (parlament) Milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əlaəddin Borucerdi çıxış edib.

“Əgər müharibə aylar və ya illərlə davam edərsə, İran öz raket arsenalı və strateji imkanları ilə bağlı heç bir problemlə qarşılaşmayacaq”, - deyə iranlı deputat qeyd edib.

Onun sözlərindən "Al Mayadeen" telekanalı sitat gətirib.

Borucerdi bildirib ki, düşmən tərəf müasir silahlarına baxmayaraq, İran ordusunun müdafiə qabiliyyəti qarşısında məğlubiyyətə uğrayıb.

Musavat.com

Seçilən
29
4
musavat.com

5Mənbələr