AZ

SON DƏQİQƏ! Tramp vaxt verdi: “İranı məhv edəcəyəm!”

SON DƏQİQƏ! Tramp vaxt verdi: “İranı məhv edəcəyəm!”

ABŞ Prezidenti Donald Tramp İranla aparılan gərgin diplomatik proseslər fonunda növbəti sərt bəyanatı ilə gündəmə gəlib. Ağ Ev rəhbəri rəsmi Tehranla “dərin danışıqların” getdiyini və çərşənbə axşamına qədər bir nəticənin əldə oluna biləcəyini qeyd etsə də, qarşı tərəfə açıq hədə-qorxu gəlməkdən çəkinməyib.

NOCOMMENT.az xəbər verir ki, Tramp “Axios” nəşrinə verdiyi müsahibəsində İrana cəmi iki gün vaxt tanıdığını bildirib. O, sazişin imzalanmayacağı təqdirdə hərbi güc tətbiqindən geri durmayacağını vurğulayaraq: “Yaxşı bir şans var, amma razılaşma əldə etməsələr, hər şeyi məhv edəcəyəm”, — deyə bəyan edib. ABŞ prezidenti razılıq əldə olunmasa, İran vətəndaşları üçün həyati əhəmiyyət kəsb edən infrastruktur obyektlərini yerlə-yeksan edəcəyini vurğulayıb.

Müsahibə zamanı müxbirin günahsız insanların zərər görməsi ilə bağlı sualını cavablandıran Tramp, İran xalqının rejimdən bezdiyini iddia edib. O, hökumətdən narazı olan vətəndaşların rejimi zəiflətmək naminə bu cür sərt addımları dəstəkləyəcəyinə inandığını bildirib. “Onlar qorxu içində yaşayırlar. İnsanlar bizim müharibənin ortasında geri çəkiləcəyimizdən qorxurlar, amma biz getməyəcəyik”, — deyən Tramp, Vaşinqtonun bu dəfə sona qədər gedəcəyi mesajını verib.

Sara,
NOCOMMENT.az

Seçilən
16
nocomment.az

1Mənbələr