AZ

Futzal millimizin təlim-məşq toplanışı başladı

Millimiz bu gün təlim-məşq toplanışına başlayıb.

"Football-plus.az" xəbər verir ki, yığma üzvləri səhər və axşam olmaqla, günü iki məşqlə başa vurublar.

Komanda aprelin 7-dək hazırlığı Bakıda davam etdirəcək. Heyətə dəvət olunan futzalçılardan Ülvi Əliyevin yüngül zədəsi var. Bu gün fərdi məşq edən futzalçı sabahdan kollektiv çalışmalara qoşulacaq.

Yığmamız aprelin 8-də Tbilisiyə səfər edəcək, ertəsi gün və 11-də Gürcüstan yığması ilə iki oyun keçirəcək.

Seçilən
34
7
football-plus.az

8Mənbələr