AZ

ABŞ-nin İranla müharibədə itirdiyi təyyarələrin sayı açıqlandı

İran ətrafında münaqişə başlayandan bəri ABŞ ən azı yeddi hərbi təyyarə itirib.

Ölkə.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, cümə günü vurulan "F-15" qırıcısı və həmin gün qəzaya uğrayan "A-10" hücum təyyarəsi ilə yanaşı, daha beş təyyarənin itkisi məlumdur.

Martın 2-də üç ədəd "F-15" qırıcısı Küveyt HHM qüvvələrinin "dost atəşi" nəticəsində Küveyt üzərində vurulub. Martın 12-də İraqda "KC-135" yanacaq təyyarəsi qəzaya uğrayıb, altı amerikalı hərbçi həlak olub.

Martın 27-də Səudiyyə Ərəbistanındakı "Şahzadə Sultan" aviabazasında İran hücumu nəticəsində "E-3 Sentry" erkən xəbərdarlıq təyyarəsi yerdə ikən məhv edilib. Məlumata görə, ən azı 10 ABŞ hərbçisi yaralanıb, ölən olmayıb.

Bundan əlavə, telekanalın məlumatına görə, keçən ay "F-35" qırıcısı Yaxın Şərqdəki ABŞ bazasında təcili eniş edib.(oxu.az)

Seçilən
0
5
olke.az

7Mənbələr