AZ

Tramp: ABŞ nin İranla müharibəsi NATO üçün sınaq idi

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"ABŞ-nin İrana qarşı hərbi əməliyyatı NATO üçün sınaq xarakteri daşıyıb".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp ABC telekanalına müsahibəsində deyib.

"Bunu sınaq kimi etdim. Mənə bu lazım deyil, düzdür? NATO kağızdan pələngdir, onların gəmiləri yoxdur, heç nəyi yoxdur və Vladimir Putin onlardan qətiyyən qorxmur", - deyə D.Tramp bildirib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İran ərazisində hərbi əməliyyata başlayıb. Zərbələr Tehran da daxil olmaqla ölkənin iri şəhərlərinə endirilib.

İslam İnqilabı Keşikçiləri Korpusu isə cavab olaraq genişmiqyaslı əməliyyat həyata keçirərək İsrailə hücum edib. Bununla yanaşı, ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ərazisində yerləşən hərbi obyektlərinə də zərbələr endirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
3
oxu.az

10Mənbələr