AZ

"Yenə də fərdi səhvlər nəticəsində qollar buraxdıq" - Saşa İliç

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının “Neftçi” klubu ilə 26-cı tur oyunundan sonra keçirilən mətbuat konfransında iştirak edib.

Fanat.Az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb:

"İlk növbədə "Neftçi"ni qələbə münasibəti ilə təbrik edirəm. Yenə də fərdi səhvlər nəticəsində qollar buraxdıq, bu da yekunda məğlubiyyətə gətirib çıxardı. Biz məşqçilər korpusu olaraq hər dəfə tapşırıqlarımızı versək də, bu fərdi səhvlər təkrarlanmağa davam edir. Elə olduğu təqdirdə də güclü rəqiblər bunu bağışlamır".

Seçilən
11
1
fanat.az

2Mənbələr