AZ

Hadisədən geyimini tənqid edən sədrə sərt cavab

ain.az, Axsham.az saytına istinadən bildirir.

Türkiyə Mətbuat Şurasının sədri Sinan Burhan müğənni Hadisənin geyimini sərt tənqid edib. 

Axşam.az xəbər verir ki, Sinan Burhanın sosial media paylaşımı qısa müddətdə gündəmi zəbt edib.

Burhan açıqlamasında “Hadise səhnəyə pornoqrafik fiqur kimi kostyumda çıxıb... Buna sənət deyilirmi? Aşık Veysel sazla (türk simli aləti) insanları həyata qaytardı. Neşet Ertaş xalq mahnısı ilə ürəklərə həkk olunub. Yaşar Kemal romanla dünyanı silkələdi. Ara Güler fotoşəkillə tarixi dayandırdı. Nəcib Fazıl Kısakürək bir misra ilə ağılları silkələdi. Əhməd Özhan səsi ilə ürəklərə toxundu. Əgər Hadisə sənətkardırsa, bu adlar nədir? Bu videonu niyə yayımladığımı soruşanlara müraciət edirəm. Gözlərinizi yumsanız belə, gənclər zəhərlənir. Bunu sadəcə ört-basdır edə bilməzsiniz. Deməlisiniz ki, bəsdir” sözlərini bildirib. 

Məşhur müğənni ətrafındakı müzakirələrə birbaşa cavab verib. O, açıqlamasında “Bir il əvvəl Harbiye konsertimdən görüntülər vasitəsilə bütün qadınları qorxutmağı hədəfləyən və adımdan istifadə edən çirkin, qəsdən paylaşım qətiyyən mənə qarşı deyil. Mənim vasitəmlə qadınların bu cür qorxudulması, əvvəllər başlatdığım hüquqi prosesin nə qədər haqlı olduğunu da göstərir. Prosesləri izləməyə davam edəcəyəm. Əllərinizi və dillərinizi qadınların bədənindən uzaq tutun" sözlərini qeyd edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
axsam.az

1Mənbələr