AZ

İranın BMT dəki nümayəndəliyi Trampın açıqlamalarını sərt tənqid edib

ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

İranın BMT-dəki daimi nümayəndəliyi ABŞ Prezidenti Donald Trumpın son açıqlamalarını hərbi cinayət niyyətinin göstəricisi kimi qiymətləndirib.

BAKU.WS xəbər verir ki, bununla bağlı qurumun X platformasındakı rəsmi hesabında paylaşım edilib.

Bəyanatda bildirilib ki, Trampın fikirləri mülki əhaliyə qarşı terrora açıq çağırış kimi qiymətləndirilə bilər və bu, mümkün hərbi cinayət niyyətindən xəbər verir.

Qeyd olunub ki, ABŞ lideri daha əvvəl İran hakimiyyətindən Hörmüz boğazının açılmasını tələb edib. O, eyni zamanda İranın enerji obyektlərinə və körpülərinə zərbələr endiriləcəyi ilə bağlı hədələr səsləndirib.

Məlumatda Trampın çıxışında təhqiramiz ifadələr işlətdiyi və bəzi sərt fikirlər səsləndirdiyi də vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
1
baku.ws

2Mənbələr