AZ

Qəhvəni acqarına içməyin zərəri ilə bağlı həqiqət tam fərqli çıxdı

Qastroenteroloq Olqa Suxareva acqarına qəhvə içməyin zərərli olması barədə yayılan fikirlərin həqiqəti əks etdirmədiyini bildirib. Həkimin sözlərinə görə, bu vərdiş bir çoxlarının inandığının əksinə olaraq mədənin selikli qişasının zədələnməsinə və ya qastritə səbəb olmur.

KONKRET.az xəbər verir ki, həkim vurğulayıb ki, qastrit xəstəliyi yalnız spirtli içkilər, siqaret çəkmək, helikobakter pilori bakteriyası və ağrıkəsici dərmanların qəbulu nəticəsində yarana bilər. Qəhvə isə bu siyahıya daxil deyil. Lakin Suxareva bu içkinin bəzi mənfi təsirlərinin olduğunu da gizlətməyib.

Həkim qeyd edib ki, qəhvə bəzi insanlarda təşviş hissini artıra, kimdəsə isə acqarına qəbul edildikdə ishal yarada bilər.

“Həmçinin kofeinin mədə sfinkterini boşaltma xüsusiyyəti olduğu üçün bəzi şəxslərdə ürək yanması və ya qıcqırma baş verməsi mümkündür. Buna görə də sosial vərdişləri fərdi orqanizmin reaksiyasına uyğun tənzimləmək məsləhət görülür”.\\demokrat.az

Seçilən
7
1
konkret.az

2Mənbələr